“C. STEİNWEG GROUP” ŞİRKƏTİ İLƏ ƏMƏKDAŞLIQ İMKANLARI MÜZAKİRƏ EDİLİB
08 oktyabr 2026
Niderlandın “C. Steinweg Group” şirkəti ilə kritik minerallar və logistika sahəsində əməkdaşlıq, saxlama-anbar komplekslərinin yaradılması və Orta Dəhliz üzrə birgə layihələr barədə fikir mübadiləsi aparılıb.
İqtisadiyyat naziri Mikayıl Cabbarov Niderlandın “C. Steinweg Group” şirkətinin baş icraçı direktoru Ulf Boll ilə görüşüb.
Azərbaycanın əlverişli biznes və investisiya mühiti, xarici investorlar üçün yaradılmış imkanlar və investisiyaların təşviqi mexanizmləri barədə məlumat verilib.
Görüşdə kritik minerallar və logistika sahəsində əməkdaşlıq imkanları, eləcə də saxlama-anbar komplekslərinin yaradılması məsələləri müzakirə olunub.
Orta Dəhliz üzrə birgə layihələr və bu istiqamətdə infrastruktur imkanlarının genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb.
Digər Xəbərlər
07.10.2026
06.10.2026
30.09.2026
30.09.2026
28.09.2026
28.09.2026