İQTİSADİYYAT NAZİRİ KAZIM HÜSEYNƏLİYEV KƏNGƏRLİ RAYONUNDA VƏTƏNDAŞLARI QƏBUL EDİB
22 oktyabr 2026
Oktyabrın 22-də Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Kazım Hüseynəliyev Kəngərli rayonunda vətəndaş qəbulu keçirib.
Qəbuldan əvvəl Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət edilib, Ulu Öndərin xatirəsi ehtiramla yad edilərək abidə önünə gül dəstələri qoyulub.
Kəngərli Rayon İcra Hakimiyyətinin inzibati binasında keçirilən qəbulda vətəndaşların müraciətləri əsasən vergi inzibatçılığı və güzəştli kreditlərin verilməsi məsələləri ilə bağlı olub.
Qəbulda hər bir vətəndaşın müraciəti dinlənilib, qaldırılan məsələlər üzrə vətəndaşlara müvafiq izahlar verilib, müraciətlər icrasının izlənilməsi üçün qeydiyyata alınıb.
Digər Xəbərlər
22.10.2026
20.10.2026
15.10.2026
13.10.2026
13.10.2026
12.10.2026