Naxçıvanda dövlət dəstəyi və özəl investisiyalar hesabına 170 layihə başa çatdırılıb
20 avqust 2026
2026-cı ilin yanvar-iyul ayları ərzində Naxçıvan Muxtar Respublikasında yeni istehsal və xidmət sahələrinin yaradılması, eləcə də mövcud layihələrin genişləndirilməsi istiqamətində 170 layihə icra olunub. Bu layihələrdən 33-ü yeni yaradılma, 137-si isə mövcud layihələrin genişləndirilməsi üzrə həyata keçirilib. Eyni zamanda, 37-si yaradılma və 46-sı genişləndirmə olmaqla, ümumilikdə 83 layihənin icrası davam etdirilib.
Layihələrin maliyyələşdirilməsi dövlət dəstəyi və özəl investisiyalar hesabına təmin edilib. İcra olunmuş 170 layihədən 151-i Naxçıvan Muxtar Respublikası Sahibkarlığın İnkişafı Fondunun dəstəyi ilə həyata keçirilib.
Digər Xəbərlər
12.11.2026
09.11.2026
06.11.2026
03.11.2026
02.11.2026
29.10.2026