27 sentyabr - Anım günü ərəfəsində şəhid ailələri ziyarət edilib.
22 sentyabr 2025
27 sentyabr - Anım günü ərəfəsində Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Kazım Hüseynəliyev, Nazirliyin və tabeliyindəki qurumların rəhbər heyəti və nümayəndələri muxtar respublikanın müxtəlif şəhər və rayonlarında 17 şəhid ailəsini ziyarət ediblər.
Ziyarət zamanı şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib, onların Vətən uğrunda göstərdikləri igidlik və fədəkarlıqdan bəhs olunub. Bildirilib ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun Vətən müharibəsində əldə etdiyi qələbə ölkəmizin qüdrətini bütün dünyaya nümayiş etdirdi. Bu xüsusda, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şücaət göstərən şəhidlərimizin rolu misilsizdir və onların xatirəsi daim uca tutulur.
Şəhidlərimizin valideynlərinə belə qəhrəman övladlar yetişdirdiklərinə görə minnətdarlıq bildirib, şəhid yaxınlarının bundan sonra da dövlətin diqqət və qayğısı ilə əhatə olunacağı vurğulanıb.
Digər Xəbərlər
13.02.2026
13.02.2026
12.02.2026
11.02.2026
10.02.2026
09.02.2026