NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İQTİSADİYYAT NAZİRLİYİNDƏ AVROPA İTTİFAQININ ÖLKƏMİZDƏKİ NÜMAYƏNDƏLİYİNİN RƏHBƏRİ İLƏ GÖRÜŞ KEÇİRİLİB
16 fevral 2026
Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Kazım Hüseynəliyev Avropa İttifaqının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin rəhbəri Mariyana Kuyundziçin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüşdə Naxçıvan Muxtar Respublikasının iqtisadi vəziyyəti, investisiya mühiti, sənaye, kənd təsərrüfatı, nəqliyyat və enerji potensialı barədə qarşı tərəfə məlumat verilib. 1 yanvar 2026-cı il tarixindən muxtar respublikada vergi, gömrük və sosial sığorta güzəştlərinin tətbiq olunduğu diqqətə çatdırılıb, Avropa İttifaqına üzv ölkələrin investorlarının bu imkanlardan faydalana biləcəyi vurğulanıb. Görülən tədbirlər nəticəsində Naxçıvan Muxtar Respublikasının Avropa və Asiya arasında həyata keçirilən yükdaşımalarda vacib yer tutacağına əminlik ifadə olunub.
Mariyana Kuyundziç Naxçıvan Muxtar Respublikasına səfərinin onda xoş təəssürat yaratdığını və buradakı biznes imkanlarının Avropa İttifaqına üzv ölkələrin iş adamlarına çatdırılması istiqamətində tədbirlər görülməsinin əhəmiyyətini bildirib. Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlıq çərçivəsində reallaşdırılan layihələr barədə məlumat verilib.
Görüşdə gələcək əməkdaşlığın prioritetləri müzakirə edilərək müvafiq istiqamətlər üzrə fikir mübadiləsi aparılıb.
Digər Xəbərlər
29.04.2026
29.04.2026
28.04.2026
27.04.2026
24.04.2026
24.04.2026