header-img

Xəbərlər

NAXÇIVANDA DAŞINMAZ ƏMLAK SAHƏSİNDƏ ELEKTRON MÜRACİƏTLƏRİN SAYI 90,6 FAİZ ARTIB

19 noyabr 2026

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə hesabat dövründə hüquqi və fiziki şəxslər, o cümlədən notariat ofisləri tərəfindən 11 746 elektron müraciət daxil olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə elektron müraciətlərin sayında 90,6 faiz artım qeydə alınıb.

Qeyd edək ki, elektron xidmətlərin vahid platforma üzərindən təqdim edilməsi xidmətlərə çıxış imkanlarını asanlaşdırmaqla yanaşı, vaxta qənaət etməyə, işlərin tam şəffaf və rahat şəkildə həll olumasına da köməklik edir.

Digər Xəbərlər