NAXÇIVANDA YENİ ÜNVAN VERİLƏN DAŞINMAZ ƏMLAK OBYEKTLƏRİNİN SAYI 26,7 FAİZ ARTIB
19 noyabr 2026
Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxs tərəfindən bu ilin yanvar-oktyabr ayları ərzində 758 torpaq sahəsi, 115 mənzil, 104 fərdi yaşayış evi, 67 qeyri-yaşayış binası və 44 qeyri-yaşayış sahəsi olmaqla, ümumilikdə 1088 daşınmaz əmlak obyektinə yeni ünvan verilib ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 26,7 faiz çoxdur.
Hesabat dövründə 7792 daşınmaz əmlak obyektinə dair texniki sənəd hazırlanıb. Bunlardan 2758-i daşınmaz əmlakın texniki pasportu, 5034-ü isə torpaq sahəsinin planı və ölçüsü olubdur.
Digər Xəbərlər
19.11.2026
19.11.2026
18.11.2026
18.11.2026
17.11.2026
12.11.2026