Naxçıvanda dövlət əmlakının icarəsindən büdcəyə daxilolmalar 74,7 faiz artıb
16 sentyabr 2025
2025-ci ilin yanvar-avqust ayları ərzində Naxçıvan Muxtar Respublikasında dövlət əmlakının icarəyə verilməsindən muxtar respublika büdcəsinə 435,5 min manat vəsait daxil olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 186,2 min manat və ya 74,7 faiz çoxdur.
Cari ilin 8 ayı ərzində muxtar respublikada dövlət əmlakının icarəyə verilməsi ilə bağlı 150 yeni icarə müqaviləsi bağlanılıb ki, ötən ilin eyni dövrü ilə müqayisədə 59,6 faiz çoxdur. Hesabat dövründə 125 müqavilənin müddəti uzadılıb, 57 müqaviləyə xitam verilib.
2025-ci ilin 8 ayında hüquqi və fiziki şəxslər tərəfindən və notariat ofislərindən Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə 4,7 mindən artıq elektron müraciət daxil olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 13 faiz çoxdur.
Digər Xəbərlər
29.04.2026
29.04.2026
28.04.2026
27.04.2026
24.04.2026
24.04.2026