header-img

Xəbərlər

Naxçıvanda özəlləşdirmədən daxilolmalar 1 milyon manat təşkil edib

16 sentyabr 2025

Bu ilin yanvar-avqust ayları ərzində Naxçıvan Muxtar Respublikasında 62 dövlət əmlakı özəlləşdirilib, özəlləşdirmədən daxilolmalar 1 milyon manat təşkil edib.

Bəhs olunan dövrdə 411 dövlət müəssisə və təşkilatından illik xüsusi hesabat formaları alınaraq təhlil olunub, sistemdə olmayan 230 daşınmaz dövlət əmlakına dair məlumatlar Milli Avtomatlaşdırılmış Əmlak Sisteminə yeni daxil edilib. Dövlət əmlakının registrindən 100 çıxarış verilib.

Daşınmaz əmlakın qeydiyyatı, texniki inventarlaşdırılması və kadastr xidmətlərindən 2025-ci ilin 8 ayı ərzində 1,5 milyon manat xidmət haqqı yığılıb. Ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə xidmət haqqı 118,4 min manat və ya 8,2 faiz çox olub.

Digər Xəbərlər