AVROPA İTTİFAQININ AZƏRBAYCANDAKI NÜMAYƏNDƏLİYİNİN RƏHBƏRİ İLƏ GÖRÜŞ KEÇİRİLİB
17 noyabr 2025
İqtisadiyyat Nazirliyində Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri ilə keçirilən görüşdə tərəfdaşlığın prioritetləri müzakirə edilib.
İqtisadiyyat naziri Mikayıl Cabbarov Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyinin rəhbəri, səfir Mariyana Kuyundiç ilə görüşüb.
Görüşdə vurğulanıb ki, Azərbaycanın əsas xarici ticarət tərəfdaşlarından olan Aİ ilə iqtisadi-ticarət münasibətləri genişlənir. Avropa İttifaqı ilə ölkəmiz arasında enerji, investisiyalar və digər istiqamətlər üzrə tərəfdaşlıq regional inkişafa töhfə verir.
Tərəflər Azərbaycan-Aİ əməkdaşlığının prioritetlərini müzakirə ediblər. Ölkəmizin strateji inkişaf hədəfləri və Aİ-nin Azərbaycan üçün 2024-cü il üzrə Maliyyələşdirmə Sazişi barədə fikir mübadiləsi aparılıb. Müzakirələr zamanı birgə fəaliyyət çərçivəsində ticarət, enerji, nəqliyyat, infrastruktur və rəqəmsallaşma üzrə təşəbbüslər, əməkdaşlığın şaxələndirilməsi imkanları qeyd olunub.
Digər Xəbərlər
29.04.2026
29.04.2026
28.04.2026
27.04.2026
24.04.2026
24.04.2026