header-img

Xəbərlər

BABƏK RAYONUNDA VƏTƏNDAŞ QƏBULU KEÇİRİLİB

16 yanvar 2026

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini, rəis vəzifəsini müvəqqəti icra edən Müslüm Cabbarzadə Babək rayonunda vətəndaşları qəbul edib.

 

Rayonun İcra Hakimiyyətində keçirilən qəbulda sakinlər sahibkarlıq fəaliyyəti üçün torpaq sahəsinin ayrılması, torpaq sahələrinin qeydiyyatı və sərhədlərinin dəqiqləşdirilməsi, işə qəbul və digər məsələlər barədə müraciət ediblər.

 

Qəbulda hər bir vətəndaşın müraciəti fərdi qaydada dinlənilib, araşdırma tələb edən müraciətlərin mütəxəssislərin iştirakı ilə yerində baxılması qərara alınıb, vətəndaşlara qanunvericiliyə uyğun cavab və izahatlar verilib.

Digər Xəbərlər