BEYNƏLXALQ VALYUTA FONDUNUN AZƏRBAYCAN ÜZRƏ MİSSİYA RƏHBƏRİ İLƏ GÖRÜŞ KEÇİRİLİB
17 fevral 2026
İqtisadiyyat Nazirliyində Beynəlxalq Valyuta Fondunun Azərbaycan üzrə missiya rəhbəri ilə görüşdə əməkdaşlığın perspektivləri müzakirə olunub.
İqtisadiyyat naziri Mikayıl Cabbarov Beynəlxalq Valyuta Fondunun Azərbaycan üzrə missiya rəhbəri Anna Bordonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüşdə Azərbaycanın iqtisadi prioritetləri və bu istiqamətdə həyata keçirilən islahatlar barədə məlumat verilib. Ölkənin makroiqtisadi sabitliyi, sosial-iqtisadi inkişaf prioritetlərinə uyğun olaraq enerji, rəqəmsallaşma, vergi, sənaye və digər istiqamətlərdə həyata keçirilən tədbirlər, qabaqcıl təcrübələrin tətbiqi nəticəsində əldə olunmuş irəliləyişlər qeyd olunub.
Tərəflər əməkdaşlığın perspektivlərini nəzərdən keçiriblər.
Digər Xəbərlər
29.04.2026
29.04.2026
28.04.2026
27.04.2026
24.04.2026
24.04.2026