ÇİNİN CC7 ŞİRKƏTİNİN İDARƏ HEYƏTİNİN SƏDRİ İLƏ GÖRÜŞ KEÇİRİLİB
11 sentyabr 2026
Çinin CC7 şirkəti ilə mövcud layihələrin cari vəziyyəti, növbəti mərhələlərin icrası və bu istiqamətdə əməkdaşlığın genişləndirilməsi imkanları barədə fikir mübadiləsi aparılıb.
İqtisadiyyat naziri Mikayıl Cabbarov Çinin “China National Chemical Engineering & Construction Corporation Seven” (CC7) şirkətinin İdarə Heyətinin sədri Lunq Xayyang ilə görüşüb.
Görüşdə Azərbaycanda və üçüncü ölkələrdə neft və neft-kimya sənayesində əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.
Mövcud layihələrin cari vəziyyəti, növbəti mərhələlərin icrası və bu istiqamətdə əməkdaşlığın genişləndirilməsi imkanları barədə fikir mübadiləsi aparılıb. Tərəfdaş şirkətlər və maliyyə institutları ilə əməkdaşlığın genişləndirilməsinin əhəmiyyəti vurğulanıb.
Digər Xəbərlər
16.09.2026
16.09.2026
14.09.2026
11.09.2026
10.09.2026
09.09.2026