header-img

Xəbərlər

Culfa rayonunda yerləşən “Gülüstan” qum-çınqıl yatağı üzrə hərrac keçirilib

06 noyabr 2025

“Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxsin inzibati binasında Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yer təkinin istifadəyə verilməsi üzrə hərrac təşkil edilib.

 

Bu dəfə hərraca qum-çınqıl xammalı yatağı çıxarılıb. Başlanğıc qiyməti 34 000 (otuz dörd min) manat müəyyən edilən hərrac, 100 500 (yüz min beş yüz) manatla yekunlaşıb.

 

Qeyd edək ki, hərrac Azərbaycan Respublikası Prezidentinin 23 oktyabr 2003-cü il tarixli, 975 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yer təkinin istifadəyə verilməsi üzrə hərracların (auksion və müsabiqələrin) keçirilməsi” Qaydalarına uyğun olaraq həyata keçirilib.

Digər Xəbərlər