DÜNYA BANKI İLƏ TƏRƏFDAŞLIQ MÜZAKİRƏ OLUNUB
26 yanvar 2026
İqtisadiyyat Nazirliyində Dünya Bankının nümayəndələri ilə keçirilən görüşdə birgə layihələrin icra vəziyyəti müzakirə edilib.
İqtisadiyyat naziri Mikayıl Cabbarov Dünya Bankının Avropa və Mərkəzi Asiya regionunun infrastruktur sahəsi üzrə regional direktoru Çarlz Kormiyer və Cənubi Qafqaz üzrə regional direktoru Rolande Prays ilə görüşüb.
Görüşdə Azərbaycanın Dünya Bankı ilə səmərəli əməkdaşlıq həyata keçirdiyi vurğulanıb. Bankın ölkə iqtisadiyyatının müxtəlif sahələrində göstərdiyi dəstəyin əhəmiyyəti qeyd olunub.
Tərəflər birgə layihələrin icra vəziyyətini dəyərləndiriblər. Şəhərsalma sektoru üzrə həyata keçirilən təşəbbüslər, Orta Dəhlizin regional perspektivləri, şəhər mobilliyi, bərpa olunan enerji və yaşıl iqtisadiyyata keçid təşəbbüslərinə dəstək imkanları nəzərdən keçirilib.
Digər Xəbərlər
29.04.2026
29.04.2026
28.04.2026
27.04.2026
24.04.2026
24.04.2026