“İqtisadi artım üzrə Alt İşçi qrupu”nun iclası keçirilib
13 oktyabr 2025
Oktyabrın 15-də Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyində “Azərbaycan Respublikasının 2027–2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın hazırlanması məqsədilə Naxçıvan Muxtar Respublikası üzrə yaradılmış “İqtisadi artım üzrə Alt İşçi qrupu”nun iclası keçirilib.
İclasda Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri, Alt İşçi qrupunun rəhbəri Kazım Hüseynəliyev və Alt İşçi qrupunun üzvləri iştirak ediblər.
Kazım Hüseynəliyev çıxış edərək “Azərbaycan Respublikasının 2027–2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın hazırlanması məqsədilə Naxçıvan Muxtar Respublikası üzrə yaradılmış “İqtisadi artım üzrə Alt İşçi qrupu”nun fəaliyyətini davam etdirdiyini diqqətə çatdırıb, sosial-iqtisadi inkişafın davamlılığının təmin edilməsi üçün Naxçıvanda iqtisadi artımın təşviqi istiqamətində həyata keçirilən tədbirlərin təkmilləşdirilməsinin vacibliyini vurğulayıb.
İclas çərçivəsində 2027–2030-cu illərdə muxtar respublikada iqtisadi artım sahəsində görülməsi planlaşdırılan tədbirlər, strateji fəaliyyət istiqamətləri, əsas prioritetlər və hədəflər müzakirə olunub.
Həmçinin, iclas zamanı Alt İşçi qrupunun üzvləri tərəfindən sözügedən istiqamətlər üzrə təkliflər səsləndirilib və inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Müzakirələrin yaxın gələcəkdə keçirilməsi nəzərdə tutulan növbəti iclasda davam etdirilməsinə dair razılıq əldə olunub.
Digər Xəbərlər
13.10.2025
13.10.2025
13.10.2025
13.10.2025
13.10.2025
13.10.2025