İqtisadiyyat naziri Kazım Hüseynəliyev “Cahan Sənaye Kompleksi” MMC-də olub
17 oktyabr 2025
Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Kazım Hüseynəliyev və nazirliyin tabeliyindəki qurumların rəhbərləri “Cahan Şirkətlər Qrupu” MMC-nin təsisçisi Vüqar Abbasovun dəvəti ilə “Cahan Sənaye Kompleksi” MMC-də müəssisələrin fəaliyyəti və perspektiv planları ilə tanış olub.
Vüqar Abbasov nazirə müəssisələrin mövcud vəziyyəti, istehsalda istifadə olunan texnoloji avadanlıqlar və istehsal edilən məhsullar, həyata keçirilən marketinq tədbirləri, xarici bazarlara məhsul ixracı imkanları barədə məlumat verib.
İqtisadiyyat naziri ötən dövrdə muxtar respublikada fəaliyyət göstərən sahibkarlara müxtəlif alətlər vasitəsi ilə dəstək göstərildiyini, bu dəstək tədbirlərinin bundan sonra da davam etdiriləcəyini bildirib və “Cahan Şirkətlər Qrupu” MMC-yə gələcək fəaliyyətində uğurlar arzulayıb.
Digər Xəbərlər
17.10.2025
17.10.2025
17.10.2025
17.10.2025
17.10.2025
17.10.2025