NAXÇIVAN MUXTAR RESPUBLİKASINDA AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏLAHİYYƏTLİ NÜMAYƏNDƏSİ CEYHUN CƏLİLOV AVROPA İTTİFAQININ AZƏRBAYCAN RESPUBLİKASINDAKI SƏFİRİ MARİYANA KUYUNDZİÇİN RƏHBƏRLİK ETDİYİ NÜMAYƏNDƏ HEYƏTİ İLƏ GÖRÜŞÜB
13 fevral 2026
Görüş zamanı Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanla Avropa İttifaqı arasında strateji tərəfdaşlıq, dostluq və etimada əsaslanan münasibətlərin uğurla inkişaf etdiyi vurğulanıb. Bildirilib ki, Avropa İttifaqına üzv dövlətlərin Azərbaycanla uzunmüddətli və faydalı əməkdaşlığı xüsusi əhəmiyyət daşıyır.
Söhbət zamanı Azərbaycan ilə Ermənistan arasında sülh gündəliyi çərçivəsində əldə olunan razılaşmalardan məmnunluq ifadə olunub. Naxçıvan Muxtar Respublikasının Orta Dəhliz üzrə kommunikasiyaların qurulmasında mühüm strateji bölgə kimi önəminə diqqət çəkilib. Həmçinin Naxçıvanın iqtisadi potensialı, həmçinin bərpa olunan enerji imkanları, sahibkarlara tətbiq edilən 10 illik vergi güzəştlərinin əhəmiyyəti və regionun gələcəkdə azad iqtisadi zonaya çevriləcəyi istiqamətində həyata keçirilən tədbirlər ətrafında fikir mübadiləsi aparılıb.
Səfir Mariyana Kuyundziç ilk biznes səfərinə Naxçıvan Muxtar Respublikasından başlamasının əhəmiyyətini vurğulayıb. Qarşıdakı illərdə Avropa İttifaqı tərəfindən həyata keçiriləcək layihələrin iqtisadi aspektləri müzakirə edilib. Eləcə də sabah baş tutacaq “Merlər Razılaşması-Şərq” layihəsinin təqdimat konfransının əhəmiyyətinə toxunulub.
Digər Xəbərlər
29.04.2026
29.04.2026
28.04.2026
27.04.2026
24.04.2026
24.04.2026