header-img

Xəbərlər

NAXÇIVAN MUXTAR RESPUBLİKASINDA AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏLAHİYYƏTLİ NÜMAYƏNDƏSİ CEYHUN CƏLİLOV TƏRƏFİNDƏN NÖVBƏTİ VƏTƏNDAŞ QƏBULU KEÇİRİLİB

13 mart 2026

Qəbul zamanı vətəndaşların, o cümlədən müharibə iştirakçılarının müraciətləri dinlənilib. Vətəndaşlar, əsasən, sosial təminat, məşğulluq, əlillik, kommunal xidmətlər, həmçinin digər sosial məsələlərlə bağlı müraciətlər ediblər.
Səlahiyyətli nümayəndə hər bir müraciətə həssaslıqla yanaşıldığını qeyd edərək qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun şəkildə araşdırılacağını və onların həlli istiqamətində müvafiq tədbirlərin görüləcəyini bildirib.
Qeyd olunub ki, vətəndaşların müraciətlərinin dinlənilməsi, onların sosial problemlərinin həlli istiqamətində operativ tədbirlərin görülməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Bu məqsədlə vətəndaş qəbulları mütəmadi olaraq davam etdirilir.

Digər Xəbərlər