NAXÇIVANDA 3 NƏQLİYYAT VASİTƏSİ HƏRRAC YOLU İLƏ ÖZƏLLƏŞDİRİLİB
25 noyabr 2025
Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxs tərəfindən muxtar respublikanın dövlət qurumlarına məxsus 7 nəqliyyat vasitəsinin özəlləşdirilməsi ilə bağlı hərrac keçirilib.
3 nəqliyyat vasitəsinin hərracında iştirak etmək üçün 6 sifarişçi qeyiyyatdan keçib. Rəqabətli keçən prosesdə nəqliyyat vasitələri üzrə 3 qalib müəyyənləşdirilib.
Digər 4 nəqliyyat vasitəsinə isə sifariş olmadığından həmin hərraclar baş tutmamış hesab edilib.
Qeyd edək ki, nəqliyyat vasitələrinin özəlləşdirilməsi ilə bağlı növbəti hərrac 16 dekabr 2025-ci il tarixdə keçiriləcəkdir. Ətraflı məlumatı və nəqliyyat vasitələrinin siyahısını Əmlak Məsələləri Dövlət Xidmətinin (http://nemlak.gov.az/az/) və “Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxsin (http://nauksion.gov.az) rəsmi saytlarından əldə etmək olar.
Digər Xəbərlər
29.04.2026
29.04.2026
28.04.2026
27.04.2026
24.04.2026
24.04.2026