NAXÇIVANDA 6 NƏQLİYYAT VASİTƏSİ HƏRRAC YOLU İLƏ ÖZƏLLƏŞDİRİLİB
13 mart 2026
Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxs tərəfindən muxtar respublikanın dövlət qurumlarına məxsus 10 nəqliyyat vasitəsinin özəlləşdirilməsi ilə bağlı hərrac keçirilib.
6 nəqliyyat vasitəsinin hərracında iştirak etmək üçün 13 sifarişçi qeydiyyatdan keçib. Rəqabətli keçən hərrac prosesləri nəticəsində 6 nəqliyyat vasitəsi özəlləşdirilib.
Digər 4 nəqliyyat vasitəsinə sifariş olmadığından həmin hərraclar baş tutmamış hesab edilib.
Keçiriləcək hərraclarla bağlı ətraflı məlumatı Əmlak Məsələləri Dövlət Xidmətinin (http://nemlak.gov.az/az/) və “Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxsin (http://nauksion.gov.az) rəsmi saytlarından əldə etmək olar.
Digər Xəbərlər
08.06.2026
04.06.2026
03.06.2026
02.06.2026
01.06.2026
26.05.2026