NAXÇIVANDA DAŞINMAZ ƏMLAK OBYEKTLƏRİNƏ ÜNVAN VERİLMƏSİ 37,7 FAİZ ARTIB
24 iyun 2026
Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxs tərəfindən bu ilin yanvar-may ayları ərzində ümumilikdə 3583 daşınmaz əmlak obyektinə dair texniki sənəd hazırlanıb. Bunlardan 1330-u daşınmaz əmlakın texniki pasportu, 2253-ü isə torpaq sahəsinin planı və ölçüsüdür.
Hesabat dövründə 337 torpaq sahəsi, 85 mənzil, 53 qeyri-yaşayış binası, 44 fərdi yaşayış evi və 40 qeyri-yaşayış sahəsi olmaqla, ümumilikdə 559 daşınmaz əmlak obyektinə yeni ünvan verilib. Bu isə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 37,7 faiz çoxdur.
Digər Xəbərlər
24.06.2026
24.06.2026
24.06.2026
24.06.2026
24.06.2026
18.06.2026