header-img

Xəbərlər

Naxçıvanda hərrac yolu ilə torpaq sahələri mülkiyyətə və icarəyə verilib

21 oktyabr 2025

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxs tərəfindən muxtar respublikanın 3 bələdiyyəsinə məxsus torpaq sahələrinin mülkiyyətə və icarəyə verilməsi ilə bağlı hərrac keçirilib.

Rəqabətli keçən hərrac prosesində qeydiyyatdan keçən 8 sifarişçi iştirak edib. Nəticədə hərraca çıxarılan 2 torpaq sahəsi mülkiyyətə, 2 torpaq sahəsi isə icarəyə verilib. 4 sahibkar hərracın qalibi olub.

Diqqətə çatdıraq ki, Heydər Əliyev prospekti 06 ünvanında yerləşən Hərracların Təşkili Mərkəzinin inzibati binasında 20 noyabr 2025-ci il tarixdə torpaq sahələrinin,  25 noyabr 2025-ci il tarixdə isə nəqliyyat vasitələrinin özəlləşdirilməsi ilə bağlı hərraclar keçiriləcəkdir.

Digər Xəbərlər