header-img

Xəbərlər

NAXÇIVANDA MİLLİ BİZNESİN İNKİŞAFI FORUMU TƏDBİRİ KEÇİRİLİB

01 may 2026

Aprelin 30-da “Caspian Energy Club” və “Azərbaycan Milli Biznes Assosiasiyası”nın birgə təşkilatçılığı ilə Naxçıvanda Milli Biznesin İnkişafı Forumu baş tutub. 

Forum dövlət qurumları ilə biznes ictimaiyyəti arasında açıq dialoqun təşviqi, sahibkarlıq mühitinin inkişafına dair aktual çağırışların müzakirəsi, eləcə də qarşılıqlı əməkdaşlıq imkanlarının genişləndirilməsi məqsədi daşıyıb.

Forumda Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Kazım Hüseynəliyev, Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı naziri Rafail Quliyev, Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Fərid Bağırzadə, Naxçıvan Baş Gömrük İdarəsinin rəisi Vüqar Əliyev və digər dövlət nümayəndələri iştirak ediblər.

Tədbir çərçivəsində Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin nümayəndələri tərəfindən “Naxçıvan Muxtar Respublikasının iqtisadi potensialı və dəstək mexanizmləri” və “Naxçıvan Muxtar Respublikasında 1 yanvar 2026-cı il tarixindən tətbiq edilən vergi, gömrük və sosial sığorta güzəştləri” mövzularında təqdimatlar edilib.

Daha sonra “Caspian Energy Club” üzvləri, eləcə də müxtəlif şirkət və qurumların nümayəndələri fəaliyyət istiqamətləri barədə məlumatlar veriblər, onları maraqlandıran suallar dövlət qurumlarının nümayəndələri tərəfindən cavablandırılıb, qarşılıqlı əməkdaşlıq imkanları müzakirə olunub.

Milli Biznesin İnkişafı Forumu çərçivəsində bir sıra qonaqlara “Caspian Energy Club”ın təşəkkürnamələri təqdim olunub.

Digər Xəbərlər