header-img

Xəbərlər

NAXÇIVANDA ÖZƏLLƏŞDİRMƏ VƏ İCARƏDƏN MUXTAR RESPUBLİKA BÜDCƏSİNƏ 1 MİLYON 533 MİN MANAT VƏSAİT DAXİL OLUB

23 dekabr 2025

2025-ci ilin yanvar-noyabr ayları ərzində Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Naxçıvanda 86 dövlət əmlakı özəlləşdirilib, özəlləşdirmədən cəmi daxilolmalar 1 milyon 211 min manat təşkil edib, bundan 908 min manatı muxtar respublika büdcəsinə ödənilib.

 

Hesabat dövründə 242 yeni icarə müqaviləsi bağlanıb, 194 müqavilənin müddəti uzadılıb. Daşınmaz dövlət əmlakının icarəsindən büdcəyə 625 min manat vəsaitin ödənilməsi təmin olunub.

 

Beləliklə, 2025-ci ilin yanvar-noyabr ayları ərzində dövlət əmlakının özəlləşdirilməsi və icarəsindən ümumilikdə muxtar respublika büdcəsinə 1 milyon 533 min manat vəsait daxil olub.

Digər Xəbərlər