NAXÇIVANDA “SUVERENLİK KUBOKU” UĞRUNDA VOLEYBOL BİRİNCİLİYİ BAŞA ÇATIB
20 dekabr 2025
Naxçıvan şəhərində Azərbaycan və Türkiyə komandalarının iştirakı ilə yeniyetmə oğlanlar və qızlar arasında “Konstitusiya və Suverenlik İli"nə həsr olunmuş “Suverenlik kuboku” uğrunda voleybol birinciliyi başa çatıb.
Dekabrın 20-də Olimpiya İdman Kompleksində birinciliyin final görüşləri keçirilib. İlk üç yerə çıxan komandalar mükafatlandırılıb.
Oğlanlar arasında keçirilən birinciliyin qalibi olmuş “Gənc Milli Oğlanlar” komandasının üzvlərinə kubok və medalları Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov, qızlar arasında birinciliyin qalibi olmuş "Gənc Milli Qızlar” komandasına kubok və medalları isə Azərbaycan Voleybol Federasiyasının prezidenti, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov təqdim ediblər.
Digər Xəbərlər
20.05.2026
20.05.2026
19.05.2026
19.05.2026
15.05.2026
15.05.2026