ŞAHBUZ RAYONUNDA VƏTƏNDAŞ QƏBULU KEÇİRİLİB
13 fevral 2026
Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini, rəis vəzifəsini müvəqqəti icra edən Müslüm Cabbarzadə Şahbuz rayonunda vətəndaşları qəbul edib.
Rayonun İcra Hakimiyyətində keçirilən qəbulda sakinlər torpaq sahələrində sərhədlərinin dəqiqləşdirilməsi, sahibkarlıq fəaliyyəti üçün torpaq sahəsinin ayrılması, daşınmaz əmlaklarının qeydiyyatı və digər məsələlərlə bağlı köməklik göstərilməsi məqsədilə müraciət ediblər.
Qəbulda hər bir vətəndaşın müraciəti fərdi qaydada dinlənilib, araşdırma tələb edən müraciətlər üzrə əmlaklara mütəxəssislərin iştirakı ilə yerində baxılması qərara alınıb, vətəndaşlara qanunvericiliyə uyğun cavab və izahatlar verilib.
Digər Xəbərlər
29.04.2026
29.04.2026
28.04.2026
27.04.2026
24.04.2026
24.04.2026