SƏDƏRƏK RAYONUNDA VƏTƏNDAŞ QƏBULU KEÇİRİLİB
11 sentyabr 2026
Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini, rəis vəzifəsini müvəqqəti icra edən Nurlan Fətəliyev Sədərək rayonunda vətəndaşları qəbul edib.
Sədərək Rayon İcra Hakimiyyətinin inzibati binasında keçirilən qəbulda sakinlər torpaq sahələrinin sərhədlərinin dəqiqləşdirilməsi, torpaq sahəsi və daşınmaz əmlak obyektləri üzərində hüquqların dövlət qeydiyyatı ilə bağlı köməklik göstərilməsi məqsədilə müraciət ediblər.
Qəbulda hər bir vətəndaşın müraciəti fərdi qaydada dinlənilib. Araşdırma tələb edən müraciətlər üzrə əmlaklara mütəxəssislərin iştirakı ilə yerində baxılması qərara alınıb, digər məsələlər üzrə vətəndaşlara qanunvericiliyə uyğun izah verilib.
Digər Xəbərlər
16.09.2026
16.09.2026
14.09.2026
11.09.2026
10.09.2026
09.09.2026