SƏLAHİYYƏTLİ NÜMAYƏNDƏ BÖYÜK BRİTANİYA NÜMAYƏNDƏ HEYƏTİ İLƏ GÖRÜŞÜB
13 dekabr 2025
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov Böyük Britaniyanın Azərbaycan üzrə ticarət elçisi Lord Olderdays və "Xlinks" şirkətinin nümayəndə heyəti ilə görüşüb.
Söhbət zamanı Prezident İlham Əliyevin səyləri nəticəsində iki ölkə arasında strateji tərəfdaşlıq, dostluq və etimada əsaslanan münasibətlərin uğurla inkişaf etdiyi, Böyük Britaniya şirkətlərinin Azərbaycanda uzunmüddətli və faydalı fəaliyyəti xüsusi vurğulanıb. Həmçinin Azərbaycanla Ermənistan arasında sülh gündəliyi çərçivəsində əldə olunan razılaşmalardan məmnunluq ifadə olunaraq işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı quruculuq işlərinə Böyük Britaniya şirkətlərinin mühüm töhfə verdiyi qeyd edilib.
Naxçıvan Muxtar Respublikasının bərpa olunan enerji imkanları və Orta Dəhliz üzrə kommunikasiyaların qurulmasında mühüm strateji bölgə kimi önəminə diqqət çəkilib, qeyd olunan istiqamətlərdə, eləcə də Naxçıvan şəhərinin Baş planının icrasında əməkdaşlığın perspektivləri və digər maraqdoğuran məsələlər müzakirə olunub.
Digər Xəbərlər
20.05.2026
20.05.2026
19.05.2026
19.05.2026
15.05.2026
15.05.2026