XİDMƏTİN ƏMƏKDAŞLARI ÜÇÜN TƏLİMLƏR TƏŞKİL OLUNUB
25 dekabr 2025
Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin və tabeliyindəki qurumların əməkdaşları üçün növbəti təlimlər təşkil olunub.
Sənədlər və vətəndaşların müraciətləri ilə bağlı işlərə həsr olunan təlimdə çıxış edən Xidmətin sektor müdiri Ruslan Rüstəmov sənədlərin hazırlanması və rəsmiləşdirilməsi üçün qanunvericiliklə müəyyən edilmiş ümumi tələbləri diqqətə çatdırıb.
Kargüzarlıq işinin düzgün qurulması, vətəndaşlardan və qurumlardan daxil olan müraciətlərin qanunvericiliyin tələblərinə uyğun şəkildə araşdırılması, müraciətlərə cavabların əsaslandırılmış qaydada hazırlanması məsələləri geniş müzakirə olunub.
Xidmətin əməkdaşı Orxan Hüseynovun təqdimatında daha bir təlim isə qiymətləndirmə fəaliyyətinin təşkilinə həsr olunub.
Qiymətləndirmə fəaliyyətinin təşkilati, iqtisadi və hüquqi əsasları ilə bağlı məlumat verilib, qiymətləndirilmə ilə bağlı müraciətlərə baxılması qaydaları diqqətə çatdırılıb.
Sonda mövzular ətrafında geniş müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallara aydınlıq gətirilib.
Digər Xəbərlər
20.05.2026
20.05.2026
19.05.2026
19.05.2026
15.05.2026
15.05.2026